Əsas Məhsul Portfolio

ŞİRKƏT

HAQQIMIZDA

Agrodrip MMC kənd təsərrüfatı təyinatlı suvarma sistemləri sahəsi üzrə ixtisaslaşıb. Şirkət layihələndirmə, təchizat, quraşdırma və servis xidmətləri göstərməklə “açar təslim” sifarişlər icra edir.

Layihələndirmə: Yüksək ixtisaslı mütəxəssislərdən formalaşan komandamızla müştəri tələblərinə və ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirik. İlk olaraq, əraziyə peşəkar baxış keçirərək sahənin xüsusiyyətlərini və tələblərini təhlil edirik. Bu analizlər əsasında effektiv, eyni zamanda optimal layihə hazırlayırıq. Hər bir layihə suvarma sistemlərinin maksimal səmərəliliyini və resurslardan qənaətlə istifadəni təmin etməyə yönəlib.

Təchizat: Suvarma sistemlərinin effektiv və dayanıqlı fəaliyyət göstərməsi üçün keyfiyyətli avadanlıqların təmin olunması önəmli şərtdir. Bizim təchizat zəncirimiz, dünyaca tanınmış və etibarlı istehsalçılardan əldə edilən ən müasir suvarma sistemlərini əhatə edir. Türkiyə, ABŞ Çin, İtaliya kimi xarici ölkə şirkətlərinin, eləcə də yerli müəssisələrin istehsalı olan avadanlıqlar və ehtiyat hissələri satış mərkəzlərimizdə müştərilərə təqdim olunur.

Quraşdırma: Şirkətimizin quraşdırma komandası müvafiq sahə üzrə ixtisaslı mühəndislər və təcrübəli peşəkar kadrlardan ibarətdir. Müasir quraşdırma texnologiyaları və metodlarından istifadə edərək, sifarişçilərə ən yüksək keyfiyyəti təmin edirik. Müqaviləyə uyğun olaraq, hər bir quraşdırma prosesində işlərimizin təhlükəsizlik və keyfiyyət standartlarına tam uyğun şəkildə icra olunmasına xüsusi diqqət yetiririk.

Servis: Quraşdırmadan sonra da müştərilərimizlə əlaqədə qalaraq, onlara təlimlər keçir və uzunmüddətli texniki dəstək göstəririk. Suvarma sistemlərinin uzunömürlü və stabil fəaliyyət göstərməsi üçün müntəzəm olaraq texniki baxışlar aparır, avadanlıqları yeniləyir və mümkün ola biləcək problemləri operativ şəkildə aradan qaldırırıq.

Beləliklə, bizimlə əməkdaşlıq edərək, müasir suvarma sistemlərinin və peşəkar xidmətlərin üstünlüklərindən yararlana bilərsiniz. Təklif etdiyimiz innovativ həllər məhsuldarlığın artmasına, xərclərin isə azalmasına imkan yaradacaq. Hər bir sifarişçinin ehtiyaclarına fərdi yanaşaraq, keyfiyyət və məmnuniyyətə zəmanət veririk!

  • 34785

    registered users
  • 2623

    per day visitors
  • 189

    total products
about about about about

Müasir avadanlıqlar və İnnovativ həllər

Layihələndirmə

Yüksək ixtisaslı mütəxəssislərdən formalaşan komandamızla müştəri tələblərinə və ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirik

Təchizat

Suvarma sistemlərinin effektiv və dayanıqlı fəaliyyət göstərməsi üçün keyfiyyətli avadanlıqların təmin olunması önəmli şərtdir

Quraşdırma

Şirkətimizin quraşdırma komandası müvafiq sahə üzrə ixtisaslı mühəndislər və təcrübəli peşəkar kadrlardan ibarətdir

Servis

Quraşdırmadan sonra da müştərilərimizlə əlaqədə qalaraq, onlara təlimlər keçir və uzunmüddətli texniki dəstək göstəririk

Subsidiya

20% İlkin Ödəniş, 40% Dövlət Dəstəyi, 40% Kredit