Lənkəran, çay plantasiyası
Agrodrip Suvarma Sistemləri şirkəti tərəfindən subtropik iqlimə malik Lənkəranda yerləşən çay plantasiyası üçün müasir yağmurlama sistemi quraşdırılmışdır.
Sahənin relyefi və bitkinin su tələbatı nəzərə alınaraq, su bərabər şəkildə yayılacaq şəkildə dizayn edilmişdir. Bu sistem bitkinin məhsuldarlığını artırmaqla yanaşı, torpağın strukturuna da zərər vurmadan suvarmanı təmin edir.
Yağmurlama üsulu həm enerjiyə qənaət edir, həm də su itkisinin qarşısını alır. Quraşdırılmış sistem yüksək keyfiyyətli materiallardan istifadə olunmaqla yerli şəraitə uyğunlaşdırılıb.
Layihə tam açar-təslim təhvil verilmiş və fermerin istəklərinə uyğun şəkildə icra olunmuşdur.