Goranboy, meyvə bağları
Goranboy rayonunda yerləşən bu geniş meyvə bağında Agrodrip MMC tərəfindən müasir damcı suvarma sistemi və günəş enerjisi ilə çalışan avtomatik idarəetmə qurğusu quraşdırılmışdır.
Bu yanaşma sayəsində bağ sahibinə həm enerji, həm də su resurslarına maksimum qənaət imkanı yaradılıb. Günəş panelləri sistemin enerji tələbatını tam qarşılayır və ərazidə elektrik təminatına ehtiyacı aradan qaldırır. Avtomatlaşdırılmış idarəetmə isə suvarma prosesini zamanla və ehtiyaca uyğun tənzimləyir, bu da əmək sərfiyyatını azaldır.
Layihə sahənin spesifik xüsusiyyətləri nəzərə alınaraq individual şəkildə hazırlanıb. İstifadə olunan avadanlıqlar keyfiyyət və dayanıqlılıq baxımından seçilir.
Agrodrip MMC olaraq fermerlərə innovativ və uzunmüddətli həllər təqdim etməkdə davam edirik.