Bərdə, superintensiv meyvə bağı
Bərdə rayonunda salınmış superintensiv meyvə bağı üçün Agrodrip MMC tərəfindən yüksək texnoloji həllərə əsaslanan damcı suvarma sistemi və günəş paneli ilə təchiz edilmiş avtomatik idarəetmə sistemi qurulmuşdur.
Superintensiv bağlarda suvarma dəqiqliyi və davamlılıq əsas şərtlərdən olduğu üçün bu sistem bağ sahibinə həm məhsuldarlığın artırılması, həm də resurslara qənaət baxımından böyük üstünlüklər verir. Günəş panelləri sayəsində enerji təminatı tamamilə alternativ mənbə üzərindən həyata keçirilir. Avtomatlaşdırılmış sistem suvarma rejimini bitkinin ehtiyacına uyğun şəkildə tənzimləyir və prosesə daim nəzarət imkanı yaradır.
Layihə bağın yerləşmə şəraiti və relyefinə uyğun şəkildə hazırlanıb. İstifadə olunan bütün komponentlər uzunömürlü və yüksək keyfiyyətlidir.
Agrodrip MMC olaraq müasir kənd təsərrüfatı texnologiyalarını fermerlərimiz üçün əlçatan edirik.