Əsas Məhsul Portfolio

Suvarma sistemi seçərkən nələrə diqqət etməli?

Suvarma sistemi seçərkən nələrə diqqət etməli?

Təsərrüfatda məhsuldarlığı artırmaq, sudan qənaətlə istifadə etmək və işçi qüvvəsini azaltmaq üçün düzgün suvarma sistemi seçimi həyati əhəmiyyət daşıyır. Lakin bir çox hallarda fermerlər bu seçimi ya təsadüfi edir, ya da yalnız qiymətə əsaslanır. Agrodrip MMC olaraq onlarla fərqli təsərrüfatda əldə etdiyimiz təcrübəyə əsasən tövsiyə edirik: Seçiminiz planlı və analizə əsaslanmalıdır.

Aşağıdakı əsas məqamları nəzərə almaq, sizi həm vaxt, həm də vəsait itkisinə qarşı qoruyacaq:

 

1. Bitki növü

Hər bitkinin suya olan tələbatı və suvarma texnikasına uyğunluğu fərqlidir:

Çiyələk, pomidor, üzüm kimi bitkilər üçün damcı suvarma idealdır.

Çay, taxıl, yem bitkiləri üçün isə yağmurlama sistemi daha effektivdir.

Bitkiyə uyğun olmayan sistem, ya su israfına, ya da məhsul itkisinə səbəb olar.

 

2. Torpaq strukturu

Ağır (gil) torpaqlarda suyun hopması zəif olduğu üçün az və fasiləli suvarma,
Qumlu torpaqlarda isə tez-tez və az miqdarda suvarma tələb olunur.

Torpaq analizi əsasında uyğun sistem seçilməlidir.

 

3. Sahənin ölçüsü və relyefi

Düz sahələrdə istənilən sistem rahat qurula bilər.

Meyilli və dağlıq ərazilərdə isə təzyiq tənzimləyici və sektorial idarəetmə vacibdir.

Əgər relyef nəzərə alınmazsa, suyun qeyri-bərabər paylanması ciddi fəsadlara səbəb ola bilər.

 

4. Su mənbəyi və təzyiqi

Suyun təmizliyi, miqdarı və təzyiqi mühüm göstəricidir.

Suyun az olduğu yerlərdə damcı suvarma daha uyğundur.

Arteziandan və ya göldən alınan suyun filtrasiyası vacibdir.

Gündəlik mövcud su ehtiyatı sistemin tipini birbaşa müəyyən edir.

 

5. Avtomatlaşdırma və enerji mənbəyi

Əgər sahədə elektrik yoxdursa günəş paneli ilə işləyən avtomatik sistemlər çox əlverişlidir.
Böyük təsərrüfatlarda vaxt itkisinin qarşısını almaq üçün avtomatik idarəetmə şərtdir.

 

Agrodrip MMC olaraq tövsiyəmiz:

Hər suvarma layihəsinə yerində baxış keçirilmədən və düzgün layihə tərtib olunmadan başlanmamalıdır. Standart yanaşma ilə bütün təsərrüfatlara eyni sistem qurmaq yanlışdır. Biz sizin üçün analiz edir, ən uyğun və qənaətcil həlli təqdim edirik.