
Hazırda üç kritik problemlə üz-üzəyik - su qıtlığı və çirklənmə, qidaya tələbatın artması və əkin sahələrinə ehtiyac. Bunların hər biri yaşadığımız planetin gələcəyi üçün çox vacibdir. Ağıllı suvarma məhz bu təhdidləri aradan qaldırmaq üçün ön plana çıxmaqdadır. Müasir texnologiyalar və innovativ həllər daha az resurs istifadəsi ilə daha keyfiyyətli və yüksək məhsul əldə olunmasını təmin edir.
Məhsuldan, iqlimdən, torpaqdan və ya bölgədən asılı olmayaraq, bütün istehsalçılar daha az resursla daha çox ərzaq istehsal edə, əkinçiliklə yoxsulluqdan qurtula, daha yüksək gəlirlə daha sağlam və firavan yaşaya bilərlər.
Beləliklə, məqsədimiz çox aydındır - ağıllı suvarmanı ölkəmizdə əlçatan və effektiv həll yolu etmək.
Comentários