top of page

17 – 19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “Interfood Azerbaijan” sərgisi keçirilib.


Sərgidə AGRODRİP şirkəti də stendlə təmsil olunub.


Qeyd edək ki, sərgilərin işində ən mühüm hadisələrdən biri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tədbirə qatılması olub. Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq meydançasını əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş edilib. Ümumilikdə, sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edib, 9 ölkə isə milli stendlərlə təmsil olunub.



bottom of page